Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

15 mart 2021 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində Moskva prospekti 80 ünvanında binanın fasadı təmir edilərək rənglənmiş, binanın girişlərində pilləkən qəfəsləri əsaslı təmir edilmiş,sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bir ədəd söhbətgah qoyulmuş,uşaq oyun elementləri və müxtəlif idman qurğuları quraşdırılmış, binanın fasadına Moskva prospekti 80 nömrəli evin 37 saylı mənzilində yaşamış şəhid Abdullayev İbrahim Habil oğlunun barelyefi vurulmuşdur.

RİH Başçısı qeyd olunan ünvanda olaraq Moskva prospekti 80 nömrəli evin 37 saylı mənzilində yaşayan şəhid anası Abdullayeva Nərgiz Abdulla qızı ilə görüşmüş, şəhid anasının qaldırdıqları məsələlərin operativ və keyfiyyətlə həll edilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

 

 

 

Keçidlər