Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şəhid ailəsi İlaxır çərşənbəsi günü əsaslı təmirdən sonra mənzilinə köçmüşdür.

16 mart 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı  A.Məhərrəmov küçəsi 35 saylı binada  yerləşən 3 otaqlı mənzildə başlanılmış əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olub, çay süfrəsi ətrafıda şəhid ailəsinin üzvləri ilə səmimi söhbət edərək onları İlaxır çərşənbəsi –torpaq çərşənbəsi münasibətilə təbrik edib.

Şəhid atası Tarıverdiyev Şöhrət Mənsim oğlu və ailənin digər üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər