Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

20 mart 2021 | 16:00

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də mövcud  yaşıllıqların və parkların abadlaşdırılması, yeni yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən tədbirləri çərçivəsində Rəşid Behbudov küçəsində yerləşən parkda təmir işləri başa çatdırılaraq istifadəyə verilib.

Parkdakı pilləkənlər və istinad divarları mərmər qranit daşlarla üzlənib, səkilərdə sakinlərin rahat hərəkətinin təmin edilməsi üçün təmir- bərpa və mövcud yaşıllıq zolaqlarında sanitar- təmizlik işləri aparılıb.

Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkdakı mövcud 40 ədəd oturacaq cari təmir edilib, yeni 20 ədəd oturacaqlar qoyulub.

Hal-hazırda rayonun müxtəlif ərazilərində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların və parkların abadlaşdırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər