Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilib.

10 may 2021 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısı Aparatı kollektivinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi keçirilib.

İməcilik zamanı rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, park və bağlarda sanitar təmizlik işləri aparılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, Cavadxan küçəsi boyunca yaşıllıq zolağına 400-ə yaxın həmişəyaşıl ağaclar, M.Cəlal küçəsi boyunca parklara isə 3000-dən artıq müxtəlif növ gül kolları əkilib.   

Keçidlər