Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

31 may 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Cavadxan küçəsi 12, 14, 18 və 20 saylı saylı binaların əhatə etdiyi ərazidə RİH tərəfindən abadlıq, quruculuq ve yenidənqurma işlərinə başlanılıb. Görüləcək işlər zamanı binaların fasadlarında əsaslı təmir işləri aparılacaq, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Binalarıın həyətində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, yeni asfalt örtüyünün vurulması və bardürlərin quraşdırılması həyata keçiriləcəkdir.

RİH başçısı qeyd olunan ünvanlarda olaraq sakinlər ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər