Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib.

02 iyun 2021 | 16:00

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim müvafiq işlər görülür. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən “KOALA  PARK” Uşaq İstirahət Əyləncə Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə şəhid və qazi uşaqlarının  iştirakı ilə tədbir keçirilib.

Uşaqlar 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirləri ilə  süfrə ətrafında şerlər, mahnılar ifa edib, müxtəlif oyun elementlərindən istifadə edərək əyləniblər.

Tədbirin sonunda onlara müxtəlif hədiyyələr təqdim olunub.

 

Keçidlər