Şriftin ölçüsü :

Saytın rəngi :

H.Seyidzadə küçəsi 28 saylı evin həyətində başlanılmış abadlıq işləri yekunlaşıb.

12 iyun 2021 | 16:00

Nəsimi rayonunda Şəhid Ruslan Cəfərovun ailə üzvlərinin yaşadığı  H.Seyidzadə küçəsi 28 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid Ruslan Cəfərovun barelyefi vurulub.

Hazırlanmış layihəyə uyğun olaraq  H.Seyidzadə küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub.

Görülmüş işlər çərçivəsində həyətə asfalt örtüyü, qazon, tamet vurulub, yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər