Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sanitar təmizlik və təmir-bərpa işləri davam etdirilir.

01 sentyabr 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir, sanitar təmizlik işləri aparılır.

RİH Başçısı 28 may metrosunun ətrafında  aparılan təmir-bərpa işlərinin gedişatı ilə, həmçinin D.Əliyeva və K.Səfərəliyeva  küçələrində aparılan sanitar təmizlik işləri ilə tanış olub, sakinləri  narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verilib.

 

Keçidlər