Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Səməd Vurğun küçəsi 85 saylı binanın həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir

02 sentyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Səməd Vurğun küçəsi 85  saylı binanın həyətində başlanılmış quruculuq ve yenidənqurma işləri davam etdirilir.

Hazırda  binanın həyətində su-kanalizasiya xətləri yenilənir, yeni bardürlər qoyulur, tamet daşları vurulur, istinad divarları təmir olunur.

Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadında təmir-bərpa işlərinin aparılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulub.

RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər