Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda monitorinqlər zamanı yüzlərlə vətəndaşa tibbi maskalar paylanılıb

08 sentyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, metrostansiyaların girişlərində və ticarət mərkəzlərində ictimai maarifləndirmə işləri aparılaraq vətəndaşlara tibbi maskalar paylanılıb.

Maarifləndirmə zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılıb, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tövsiyyələr verilib.

 

Keçidlər