Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ərəfəsində Nəsimi rayonunda Vətən Müharibəsi Şəhidlərinin ailələri ziyarət olunur.

14 sentyabr 2021 | 16:00

Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilir.

27 sentyabr Anım Günü ərəfəsində Vətən Müharibəsi Şəhidləri - Elvin Babayevin, Ələkbər Ələsgərovun və Cəbrayıl Mikayılovun ailələri rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görülüb.

Görüş zamanı şəhidlərimizin 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolları və qəhrəmanlıqları barədə söhbət edilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər