Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən Zəfər bağında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

12 oktyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə 20 Yanvar küçəsi 21 ünvanındakı bağda  xatirə kompleksinin inşaası davam etdirilir,abidə kompleksində mərmər üzlüklərin vurulması işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazidə tamet daşları döşənilir, işıqlandırma sistemi yenilənir və işıq dirəkləri quraşdırılır , yeni yaşıllıq zolaqları və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər