Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlığın yekunlarına və rayon sakinlərinin vaksinləşməsinə həsr olunmuş müşavirə keçirilib.

12 oktyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində rayonun kommunal, təsərrüfat, xidmət qurumlarının, rayon bələdiyyəsinin, sahə inzibati ərazi dairələri rəhbərlərinin, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin  prorektorlarının iştirakı ilə payız-qış mövsümünə hazırlıq vəziyyətinə və rayon əhalisinin vaksinləşməsinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov payız-qış mövsümünə hazırlıq vəziyyəti barədə məlumat verərək xidmət sahələrinin rəhbərlərinə əlaqəli şəkildə yaranan problemlərin operativ surətdə aradan qaldırılması üçün müvafiq tövsiyyələr verdi.

Bildirdi ki, rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planında aidiyyatı strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Qeyd olunub ki, kommunal xidmət strukturları payız-qış aylarında yarana biləcək problemlərin dərhal operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.

Müşavirədə çıxış edən kommunal xidmət sahələrinin rəhbərləri payız-qış mövsümünə hazırlıq ilə əlaqədar geniş məlumat verdilər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon əhalisinin peyvənd olunması üçün yaradılmış şərait və aparılan təbliğat işləri barədə məlumat verdi.

Bildirdi ki, aparılan işlərinin daha keyfiyyətlə davam etdirilməsi üçün rayon ərazisində fəaliyyət göstərən ali və orta təhsil müəssisələrinin gücündən maksimum istifadə olunmalıdır.

Müşavirədə çıxış edən ali təhsil müəssisələrinin prorektorları bundan sonrada maarifləndirici tədbirlərin davam etdiriləcəyinin vacibliyini bildirdilər.

Keçidlər