Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər bağında son tamamlama işləri yekunlaşır.

04 noyabr 2021 | 16:00

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə Nəsimi rayonu 4-cü mikrorayon,  20 Yanvar küçəsi 21 ünvanındakı bağda  xatirə kompleksinin inşaası yekunlaşmaq üzrədir.

Hazırda əraziyə qazon döşənilib, mövcud yaşıllıqlar bərpa edilib, mövsümi gül-çiçəklər əkilib və yeni oturacaqların yerləşdirilməsi işləri aparılır.

 

 

Keçidlər