Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun xatirə barelyefinin açılışı olub.

07 noyabr 2021 | 16:00

Nəsimi rayonunda, Akademik H.Əliyev küçəsi və S.Vurğun küçələrinin kəsişməsində rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhidlərin ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun xatirə barelyefinin açılışı olub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər