Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə

11 aprel 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
       Bu ilin may ayında Kaliforniyada Nəsimi rayonu üzrə nümayəndə heyətinin təşkilatçılığı ilə keçiriləcək proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkil edilməsi, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi tədbirləri daxildir.
      Foto-sərgiyə hazırlıq üçün San Dieqolu fotoqraf  Nikolas Agelidis  17-26  mart 2017-ci il tarixdə  Bakıda  səfərdə olmuşdur. Nikolas Agelidis Bakı şəhərinin gözəlliyinə ilk anlardan heyran olduğunu bildirmiş, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi üçün çox maraqlı və zəngin material- şəkillər çəkmişdir.

Keçidlər