Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

ELAN

Şura üzvlüyünə namizədlərin qeydiyyatına start verildi

 

Nəsimi rayon İcra Hakimiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə “İctimai Şura”nın yaradılması prosesinə başlanılıb.

"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 06 yanvar 2025-ci il tarixindən başlanılacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 29 iş günü müddətində, yəni 14 fevral 2025-ci il tarixində saat 17:00-da yekunlaşacaq. 

İctimai Şura üzvlərinin say həddi 15 nəfər müəyyən edilib. 

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər:

  • Şuraya milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə memarlıq, şəhərsalma və inşaat sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.

Namizədlər tələb olunan müvafiq sənədləri 2025-ci il 06 yanvar – 14 fevral tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək Nəsimi rayonu İcra Hakimiyyəti (Seçki Komissiyasına) şəxsən təqdim edə və ya mail@nasimi-ih.gov.az elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər. İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Əlavə məlumat üçün Seçki Komissiyası ilə +994 124413840 nömrəli telefonla əlaqə saxlanıla bilər.

Keçidlər