Şriftin ölçüsü :

Saytın rəngi :

İH Başçısının müavinləri

 

Verdiyeva Gülarə Eyvaz qızı  Goranboy rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra H.Zərdabi adına Pedoqoji İnstitutunun İbtidai təhsilin Pedoqoqikası və Metodikası fakultəni bitirmişdir. Sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə orta məktəbdə laborant vəzifəsindən başlamış, ibtidai sinif müəllimi, director müavini və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsində, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini vəzifəsində işləyir.

 Ailəlidir,  2 övladı var.

 

 

Xəlilov Zahid Əziz oğlu – 05 iyul 1963-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur.

1970-ci ildə Amasiya rayonu, Ellərkənd kənd məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə Güllücə kənd orta məktəbini fərqlənmə ilə bitirmişdir. Həmin il də Azərbaycan Dövlət Pedaqoji İnstitutuna  daxil olmuş, 1985-ci ildə həmin İnstitutu bitirərək  müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1992-1996-cı illərdə Nəsimi Rayon İcra Hakimiyyətində - Ərazi hakimiyyəti orqanları, ictimai idarə və birliklərlə iş üzrə şöbədə 1-ci dərəcəli təlimatçı, Mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsində müfəttiş, həmin şöbənin müdiri, Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi hakimiyyəti orqanları, ictimai idarə və birliklərlə iş üzrə şöbənin müdiri, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Nəsimi rayon şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

1999-2013-cü illərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçının müavini, 2013-2015-ci illərdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-ci ildən 2020-ci ilin dekabr ayınadək Nəsimi rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş  şöbəsinin müdiri vəzifəsində işləmişdir.  2020-ci ilin dekabr ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 iyun 2013-cü il tarixli, 2978 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Dövlət qulluğunun müşaviridir.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının şura üzvüdür.

Ailəlidir, 2 övladı var.

 

/storage/files/images/1611823758628.jpg

Quliyev Ramiz Səmərxan oğlu – 19.01.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1974-1984-cü illərdə Bakı şəhəri, Nərimanov rayonu 82 nömrəli orta-ümumtəhsil məktəbində təhsil almışdır. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna  daxil olmuş, 1984-1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

1986-də Bakı Elektrik Hesablayıcı zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.

1986-1989-cu illərdə Bakı İnşaat Texnikumunda təhsil almışdır.

1988-1991-ci illərdə Təmir Tikinti İdarəsində tikinti ustası vəzifəsində çalışmışdır.

1991-1993-cü illərdə Nizami rayon Tikinti-təmir idarəsində iş icraçısı, rəis, baş mühəndis vəzifələrində çalışmışdır.

1993-1995-ci illərdə “Xəzri” Tikinti Firmasında direktor müavini, 1995-ci illərdə Təsərrüfat Hesablı Bərpa Təmir-Tikinti idarəsində rəis vəzifəsində, 1995-1997-ci illərdə Əhaliyə xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 2 nömrəli trestində müdir vəzifəsində, 1997-1999-cu illərdə “Teomontaj” Dövlət Kiçik Müəssisəsində direktor müavini vəzifəsində çalışmışdır.

1998-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 2003-cü ildə həmin universitetin Mühəndis sistemlərinin və qurğularının tikintisi ixtisası üzrə bitirmişdir.

1999-cu illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Nəsimi rayon filialında rəis vəzifəsində, 1999-2001-ci illərdə 3 nömrəli Təsərrüfatlararası istehsalat Təmir-Tikinti Trestində rəis vəzifəsində, 2001–2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.

2020-2021-ci illərdə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır.

2021-ci il yanvar ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.

2024-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyun 2024-cü il tarixli, 171 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

Keçidlər