Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2021-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə H E S A B A T I

25 yanvar 2022 | 14:13

2021-cı ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində Müstəqil Azərbaycan inamla irəliləmiş və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq və inkişaf, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi,  balanslaşdırılmış xarici siyasət təşkil etməklə dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

2021-Ci İLİN  YANVAR-DEKABR AYLARINDA  NƏSİMİ  RAYONUNUN  SƏNAYE SAHƏSİ ÜZRƏ  GÖSTƏRİCİLƏRİ

Sənaye

2021-ci ilin yanvar-dekabr aylarında  879316,8  min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,4  faiz  çox  sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 1010532,2 min manatı istehlakçılara göndərilmiş, ondan  876753,7  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə  alınmaqla sənaye  müəssisələrinin anbarlarında  01 yanvar  2022-ci  il vəziyyətinə 4742,1 min manatlıq  hazır məhsul ehtiyatı  olmuşdur.

Tikinti

2021-ci ilin yanvar-dekabr aylarında bütün  maliyyə mənbələri hesabına 209980,1 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

2021-ci ilin yanvar-dekabr aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1488656,0 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,5 dəfə çox vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-dekabr  aylarında 1055170,2 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2021-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1595870,7 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz az olmuşdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2021-ci ilin yanvar-dekabr aylarında 1003692,8  min manat, əsaslı təmir 124859,0  min manat, cari təmir 257792,8 min manat, sair tikinti  işləri isə 209526,1 min manat təşkil etmişdir.

Rabitə

2021-ci ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 384582,0  min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artmışdır.

 Nəqliyyat

2021-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 287443,5 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artmışdır.

İaşə dövriyyəsi

2021-ci ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 54347,0 min manat olmuşdur. Həcmin 13,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 7429,4 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi  şəxslərin fəaliyyəti sayəsində əhaliyə 46917,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

Ödənişli xidmətlərin həcmi 2021-ci ilin yanvar-dekabr aylarında 706051,8 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 87.3 faiz artmışdır.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 22477,5 min manat təşkil etmişdir.

İstehlak bazarı

2021-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3230590,7 min manatlıq əmtəə satılmışdır, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 13,6 faiz artım deməkdir. Satılmış əmtəələrin 84,7 faizi hüquqi şəxslərin, 5,6 faizi rayonda fəaliyyət göstərən bazarın, 9,7 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

İşçilərin sayı və əmək haqqı

2021-ci ilin yanvar-noyabr aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz  artaraq 183338 nəfər olmuşdur.

2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 4,5 faiz artaraq 914,1  manat olmuşdur.

Yeni iş yerləri

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.

Nəsimi rayonunda 2021-ci ilin yanvar-dekabr aylarında 8383 yeni iş yeri  açılmışdır

Nəsimi rayonu ərazisində 2021-ci il ərzində  abadlıq-quruculuq işləri aparılmışdır. Pişəvari küçəsi 10, 12, 16. 18 saylı ünvanlarda  əsaslı təmir işləri aparılaraq başa çatdırılmışdır.  A.Əliyev küçəsi 5a, 7, 9 saylı ünvanlarda da əsaslı təmir işləri başa çatmışdır. S.Rəhman küçəsi 2a, H.Seyidzadə küçəsi 1, 2a, 11,13, 27a, 28 saylı ünvanlarda, Pişəvari küçəsi 14, 20 saylı ünvanlarda əsaslı təmir işləri başa çatmışdır. Moskva pr. 80, 84 saylı ünvanlarda A.Məhərrəmov küçəsi 28, 35, 37 saylı ünvanda əsaslı təmir işləri başa çatmışdır.  20 Yanvar küçəsi 7a, 9, saylı ünvanda, Ak.H.Əliyev küçəsi 1d saylı ünvandaəsaslı təmir işləri, C.Səlimov küçəsi 7a saylı ünvanda binanın fasadında əsaslı təmir işləri başa çatmışdır. A.Mustafayev küçəsi 3 saylı ünvanda, S.Vurğun küçəsi 85  saylı ünvanda əsaslı təmir işləri başa çatmışdır.  M.Qardaşları küçəsi 102 saylı ünvanda əsaslı təmir işləri başa çatmışdır. Bakıxanov küçəsi 30 saylı ünvanda əsaslı təmir işləri başa çatmışdır.  H.Seyidzadə küçəsi  2 saylı ünvana asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuşdur.

H.Seyidzadə küçəsi  4 saylı ünvana asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuşdur. Füzuli  küçəsi  73  saylı ünvana asfalt örtüyü vurulmuşdur. Vaqif pr.də yerləşən parkın müasir formada yenidən qurulması başa çatmışdır.

Rayon ərazisində yerləşən bütün parklarda mövsümi cari təmir işləri aparılmışdır. Pişəvari küçəsində yerləşən parkda yararsız vəziyyətə düşmüş fontan yenidən qurulmuşdur. N.Məlikov və C.Səlimov küçələrinin kəsişməsində 8 noyabr (metronun yanı) mövcud parkda təmir işləri aparılmış, şəhidlərin barelyefi qoyulmuşdur.   Mir Cəlal küçəsi boyu yerləşn mövcud yaşıllıq zolağı və parklarda işıqlandırma sistemi yenidən qurularaq cari təmir işləri aparılmışdır. R.Behbudov parkda əsaslı təmir işləri başa çatmışdır.

20 Yanvar küçəsi 21-də “Zəfər bağı” xatirə kompleksi yaradılmışdır.  Ak.H.Əliyev küçəsi ilə S.Vurğun  küçəsinin kəsişməsindəki mövcud parkda əsaslı təmir işləri aparılmış, şəhidin barelyefi qoyulmuşdur.

Rayon ərazisində 2021-ci ildə 8 ədəd lift yenisi ilə əvəz olunmuşdur. Məhəllədaxili yollara 50100 kv.m, mərkəzi yollara 76160 kv.m. asfalt örtüyü vurulmuşdur. Binalarda 400 ədəd pəncərə, 87 ədəd qapı dəyişdirilmişdir. 60-dan çox yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuşdur. ümumi yaşayış binalarının 12100 kv.m  dam örtükləri cari təmir olunmuşdur. 4000 p.m. suaxıdıcı boru və navalçalar dəyişdirilmişdir.

Rayon ərazisində 6000 kv.m-a yaxın səki daşları dəyişdirilmişdir.        Rayon ərazisində 6000 ədəd müxtəlif növ ağac kol, 35000 ədəd gül-çiçək kolları əkilmişdir. 35000 kv.m-ə qədər qazon örtüyü vurulmuşdur.

Rayon ərazisində ümumi yaşayış binalarının həyətlərinə 35 ədəd söhbətgah, 130-ə yaxın oturacaq, 20 ədəd müxtəlif növ uşaq-oyun elementləri, 60-ə yaxın müxtəlif turnik və idman qurğuları, 4 ədəd kənarları bağlı stadion quraşdırılmışdır.

Rayon ərazisində II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları 6 mənzildə əsaslı təmir işləri aparılmış və barelyefləri binaların girişinə virulmuşdur.

Rayon ərazisində məişət tullantılarının çeşidlənməsi layihəsinə keçidlə əlaqədar 386 ədəd konteyner meydançası layihədə nəzərdə tutulmuş qaydada  tikilmiş, müasir tipli qapaqlı 1678 ədəd  narıncı və yaşıl konteynerlər yerləşdirilmişdir.

Azərbaycan Respublikası mülki mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən   XIX əsrin sonları və ötən əsrin əvvələrində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının və digər qeyri-yaşayış, sosial təyinatlı obyektlərin sökülərək yenidən qurulması istiqamətində işlərin təşkili üçün il ərzində rayon üzrə ərazilərə baxış keçirilmiş, sahibkarların prosesə cəlb olunması və layihələrin müzakirəsi işləri aparılmışdır. Bir sıra ünvanlar üzrə tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədləri və binaların layihəsi hazırlanmışdır.

İl ərzində Nazirlər Kabinetinin qərarına uyğun işlərin həyata keçirilməsi “Maşınqayıran” MTK; “Pilot-Həyat” MMC; “Rifah” Plaza; “Gloria Palace” MTK, “ARCHİCO” MMC “Pilot İnşaat-A” MMC; İstehsalat  Kommersiya Şirkəti; “Elm-2017” MMC; “Gold Construction” MMC; “Draft Construction” MMC; “Draft Construction” MMC;  “Pearl Construction” MMC;  “GÖZƏL-BAKI” MMC;  “Avrasiya Construction” MMC;  “Bisütun” MTK;  “Regal” MTK;  “FƏDƏK” MMC; Azadlıq Residence” MMC;  “Avro Qrand” MMC;  “TEYMUROĞLU” MTK; “MƏK-AN” MMM;  “RUR” MMC;  “Malibo” MMC;  “Yeni Ailə” MMC;  “TAC 1 RESİDENCE” MMC;  “Grand Plaza” MMC; “PİLOT-1” MMC;  “Azəri Tikinti Şirkəti” MMC şirkətləri tərəfindən ünvanlarda işlər davam etdirilmişdir. 

“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində olan 16 ədəd istilik məntəqəsi, 25 ədəd qazanxana 2020-2021-ci il payız-qış mövsümü ərzində tələbatçıları fasiləsiz istilik enerjisi ilə etmişdir. Mövsüm ərzində 217 yaşayış binası,  5 səhiyyə , 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunmuşdur.

2021-ci ilin ilk aylarında məhəllə daxili və aşağı paylama istilik xətlərində göstərilən ünvanlarda yaranan qüsurlar aradan qaldırılmışdır.  Mir Cəlal, 60 ünvanında L=16 m D=159 mm borunun qüsurlu hissəsi təmir olunmuşdur. Cavadxan 40 ünvanında  L=20 m D=114 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.  S.Rüstəm 33 ünvanında  D=159 mm L=8m borunun  qüsurlu  hissəsi  təmir olunmuşdur. Alı Mustafayev 37 ünvanında L=30 m D=159 mm borunun qüsurlu hissəsi təmir olunmuşdur. 20 Yanvar 23”a  ünvanında L=12 m  D= 114 mm  boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuşdur.  H.B.Əliyev 48 ünvanında L=14 m D=57 mm borunun qüsurlu hissəsi təmir olunmuşdur.  Cavadxan 29  ünvanında L=10 m D=114 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Asif Məhərrəmov 34 ünvanında  L=8 m  D=89 mm  boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuşdur. 85,90,365 saylı qazanxanalarda və 4-cü əlavə mikrorayon 1 saylı istilik məntəqəsində 5    ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

1 saylı Rayon İstilik qazanxanasında 3 saylı PTVM-50 tipli qazanın ekran və konvektiv hissə boruları əsaslı təmir olunaraq sınaqdan keçirilmiş,  istismara verilmişdir. 77 saylı qazanxanada şəbəkə nasosunun 4 ədəd D=100 m giriş-çıxış siyirtməsi açılaraq cari təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır. Biləvasitə A.Mustafayev 14 ünvanında 2 ədəd, H.B.Əliyev 40 ünvanında 2 ədəd, H.B.Əliyev 38 ünvanında 2 ədəd, A.Məhərrəmov 45 ünvanında 2 ədəd,  müxtəlif  diyametirli siyirtmələr açılaraq təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.

Bunlarla  yanaşı,  M.Qasımov 4,  Aazadlıq  prospekti 82,   Moskva prospekti  58,60,84; S.Vurğun 116,  M.Cəlal 54,60; Cavadxan 19,21,31,33  və s. ünvanlarda məhəllə daxili və aşağı paylama  istilik xətlərində cari təmir işləri görulmuş, yaranan axıntılar dərhal aradan qaldırılaraq,  sakinlər istilik enerjisi ilə təmin olunmuşdur.

Həmçinin, S.Rüstəm 33.35.37,  S.Vurgun 116,  Mir Cəlal 56.60 , A.Məhərəmov  15.21.28, Cavadxan  10.12.14.32.34. Qulu Quliyev 11/13  ünvaninda  aşağı  paylama  istilik xətlərində cari təmir işləri aparılmışdır.

Aprel ayının 15-dən 2020-2021-ci il  payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.

Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər planı işlənilib hazırlanmış, istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.

2021-2022-ci il tədbirlər pılanına uyğun olaraq 25 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır.

25 ədəd qazanxanada 57 ədəd qazan açılaraq təftiş olunmuş, onlardan 43 ədədi mexaniki təmizlənmiş, 6 ədədində cari təmir işləri görülmüşdür. 99 və 139 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir.

Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.

Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin laboratoriyasında sınaqdan keçirilmiş, kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş,  möhürlənmiş və yerinə quraşdırılmışdır.

Bütün qazanxanalarda elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmışdır.

99 saylı qazanxanada 2 ədəd, 90 saylı qazanxanada 4 ədəd, 366 saylı qazanxanada 4 ədəd  diyircəkli yastıqlar dəyişdirilmiş, elektrik mühərrikləri sazlanmışdır.

Bu qazanxanalarda müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir,                81 və 90 saylı qazanxanada 2 ədəd su çəni təmir olunmuşdur.

2020-2021-ci il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq avadanlıqlar işçi vəziyyətə gətirilmişdir. Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.

30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti  payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.

Ümumilikdə, bütün qazanxanalarda, istilik məntəqələrində və istilik xətlərində quraşdırılan 940 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 65 ədədi cari təmir olunmuş, 10 ədədi əsaslı təmir olunmuş, 8 ədədi yenisi ilə əvəz olunmuşdur.

Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir.

Bu və ya digər işlər bitdikdən sonra qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

Tədbirlər planına əsasən RİQ-1 in ərazisində qazanların çıxış xətti d.530mm L=10m kollektoru dəyişilərək əsaslı təmir edilmiş, II magistral istilik xəttində aşkarlanan qüsur aradan qaldırılmışdır.

Həmin işlərlə əlaqədar D=630 L=16 metr, D=530 L=20 metr ,D=426  L=6 metr boru dəyişdirilmişdir.

Hüseynbala Əliyev 12  ünvanına gedən d.76mm L=22 metr boru yenisi ilə əvəz olunub. Bu işlərlə yanaşı S.Rüstəm 35”a ünvanda L=20 m , d.89 m boru əsaslı təmir olunmuş.

Alı Mustafayev,14 ünvanına gedən L= 140 m, d.159 mm istilik xətti dəyişdirilmiş.

H.Seyidzadə, 27 ünvanında L=24 m D.114mm boru yenisi ilə əvəz olunmuşdur.

S.Rüstəm, 52”a saylı ünvana gedən d.76mm L=40m istilik xətti əsaslı təmir olunmuşdur. Ərazidə qazıntı işləri aparılan zaman sökülmüş asfalt örtüyü yenidən bərpa olunmuşdur.

Noyabr ayında  bir daha  hidravlik sınaq işlərinə başlanmış bütün təşkilatlara qazanxanalarda suyun doldurulması haqqında telefonoqrammalar verilmiş təşkilatlar və əhali məlumatlandırılmış və qazanxanalarda suyun doldurulmasının hazırlıq  işlərinə başlanmışdır. Sınaq zamanı baş vermiş qəzalar dərhal aradan qaldırılmışdır.

Hal-hazırda Nəsimi rayon üzrə 1 saylı İSİS-in ərazisində 25 ədəd qazanxana, 16 ədəd istilik məntəqəsi, fasiləsiz olaraq 217 ədəd yaşayış binasını, 5 səhiyyə, 16 məktəb, 9 uşaq bağçası, 48 ədəd digər, büdcə və  təsərrüfat hesablı obyektləri fasiləsiz istilik enerjisi ilə təmin edir.

2021-ci ilin 12 ayı ərzində  Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji  təchizatının təmin olunması məqsədi ilə “Azərişıq” ASC tərəfindən aşağıdakı işlər görülmüşdür. 89,459,1482,461,449,440, 552,740, 785,1094, 96, 64, 611, 612. 613, 151, 436, 279,  44, 158, 1482, 470, 444, 421, 613, 2362, 64, 68, 96,526  saylı TM və KTM-lər  təmir olunub. 89, 424 saylı TM-lər yenidənqurulmuşdur. 89 saylı TM-də 2 ədəd  1000 kva güc transformatorları  1600 kva ilə, 552  saylı TM-də 2 ədəd  630 kva güc transformatorları  1000 kva ilə, 785  saylı TM-də  2 ədəd  630 kva güc transformatorları  1000 kva ilə və 740 saylı TM-də 1 ədəd  630 kva güc transformatoru  1000 kva ilə , 279  saylı TM-də 2 ədəd  400 kva güc transformatorları  630 kva ilə, 840 saylı TM-də 400kva və 630 kva güc transformatorları  1000 kva ilə , 1461 saylı TM-də 160 kva və 630 kva güc transformatorları  1000 kva ilə əvəz olunmuşdur. 10/6 kv-luq kabel xətlərinin təmiri zamanı – 674 metr yüksək gərginlikli kabel istifadə olunmuşdur. 0,4 kv-luq kabel xətlərinin dəyişdirilməsi, təmiri və sayğaclaşma zamanı -  11844 metr müxtəlif markalı kabellər istifadə olunmuşdur. 35/10/6 kv-luq 111 saylı y/st-ya 110/35/10 kv-luq Bayramzadə yst-da 2 dövrəli kabel xətti çəkilməlidir. TM-479 dan Cavadxan 40 blok (5-8), (1-4) və TM-479 dan H.B.Əliyev 1 də 0,4kv-luq kabel xətləri yenisi ilə əvəz olunmuşdur.TM-381 dən Moskva pr 56 da 0,4kv-luq kabel xətləri yenisi ilə əvəz olunmuşdur.TM-145; 360;380; 231; 390; 68; 183; 188; 51; 723; 479; 158; 209; 154; 345; 271; 449; 345; 440; 50; 526; 831;46; 501; 323; 279; 302; 44; 45; 493; 310; 71; 177; 176; 572; 214; 64; 614; 2278; 2279; 479; 440; 432; 209; 449; 357; 521; 256; 523; 31;94; 156;623; 400; 575; 94; 87; 1482; 1405; 740; 538; 502; 334; 371; 783; 396; 1750; 422; 91; 714; 326; 414;  279; 3236; 408; 421;424; 436; 511; 811; 522; 379;463;89;86; 478;309;81; 15; 58; 126; 662; 65; 240; 434; 203; 840; 1820; 509 və KTM-1321; 835; 358; 594; 596; 464; 1031; 969; 152; 2687; 1853; 596; 1961;1200  də elektrik avadanlıqları təftiş olundu. ASAN Xidmətdən verilmiş texniki şərtlərə əsasən – 273 ədəd təksayğaclı qutu , 9713 metr 0,4 kv-luq müxtəlif markalı kabellər istifadə olunmuşdur .Sayğac panolarının təmiri zamanı - 2 ədəd 12 sayğaclı pano, 3 ədəd  8 sayğaclı pano , 2 ədəd 10 sayğaclı pano və 497 ədəd tək sayğaclı pano quraşdırılıb. 0,4 kv-luq lövhələrin təmiri zamanı 54 ədəd 250,400A-lik ayırıcı quraşdırılmışdır. Rayon üzrə  yaşayış binalarında quraşdırılmış elektrik sayğaclarının müasir tipli SMS sayğaclarla əvəz olunmasına üçün hazırlıq işləri aparılıb.  Şəbəkənin öz gücünə 2100 ədəd sayğac panoları təmir olunub.

Su və kanalizasiya xidmətləri üzrə 01 yanvar 2022-ci il tarixinə olan məlumata əsasən, -abonentlərin ümumi sayı  76732 nəfər: o cümlədən: -əhali sektoru üzrə- 69854  abonent, qeyri- əhali sektoru üzrə-6878 abonent təşkil edir.  Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  93.38%-i fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 6.62 % əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6(altı) saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir. 76732 abonentin 68663-ü  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 89.48 % təşkil edir. 2021-ci ilin  12 ayı  ərzində abonentlərə  11688199.0 m3 həcmində su satılmışdır.Göstərilən xidmətlərin dəyəri 15310405.0 manat olmuş, yığım 15132400.0 manat təşkil etmiş, yığım faizi 98.84% olmuşdur.

Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km,  məhəllədaxili şəbəkə-165.0 km)  artıqdır.

İstismar olunan kanalizasiya şəbəkəsinin isə ümumi uzunluğu 162.0 km,yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir.   

2021-ci ilin  12  ayı ərzində magistral və məhəllədaxili su kəmərlərində 11492 ünvanda, kanalizasiya şəbəkələrində isə   12924  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.Ümumi uzunluğu 4165.0 pm olan müxtəlif diametrli yeni su xətləri çəkilmiş və təmir olunmuşdur. Müxtəlif diametrə malik 29 ədəd yeni siyirtmə  quraşdırılıb  istismara verilmiş, 64 ədəd siyirtmə təmir olunmuşdur. 5 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır. 2622,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək,  yenisi ilə əvəz  olunmuş və ya təmir olunmuşdur. 2021-ci ilin 12 ayı  ərzində 35000.0 pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 12500.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 8000 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 6 ədəd yeni yağış barmaqlığı, 18 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.

Məhəllədaxili nasos stansiyalarında  2021-ci ilin  12 ayı ərzində müxtəlif gücə malik elektrik mühərriki 11ədəd əsaslı, 120 ədəd cari, müxtəlif markalı su nasosu 15 ədəd əsaslı, 124 ədəd  isə cari təmir olunaraq istismara verilmişdir. Balansda olan 82 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 40 ədədi  fəaliyyət göstərir. 42 ədəd nasosxananın fəaliyyəti dayandırılmış və əhali fasiləsiz su təminatına keçirlmişdir. 2(iki) ünvanda ümumi həcmi 900.0 m3 olan su anbarı tərəfimizdən istismar olunur və aprel-may aylarında  yuyulub-zərərsizləşdirilmişdir. 11 ünvanda 74 metr müxtəlif en kəsikli  kabel dəyişdirilmiş, 3 ünvanda nasosxana binasının 38 mdam örtüyü təmir olunmuşdur. Məhəllədaxili nasosxanalarda 4 ünvanda elektrik idarəetmə lövhələri yenilənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanda dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən İcra Hakimiyyəti Aparatlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi 31.03.2021-ci il tarixindən etibarən fəaliyyətə başlamışdır. Şöbə müdiri Vətən müharibəsi əlili, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Quluzadə Kamal Teyyub oğlu, şöbənin böyük məsləhətçisi işə qəbul olunmuşdur.

Respublikanın digər rayonlarında olduğu kimi Nəsimi rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri daima diqqət mərkəzində saxlanılır və onları narahat edən bütün məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Şöbəyə fəaliyyətə başladığı gündən etibarən 628 məktub daxil olmuşdur. Ən çox üstünlük təşkil edən müraciətlər arasında şəhid adının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması, maddi yardım olunması, dərman ehtiyaclarının qarşılanması, kommunal xidmətlərə və digər borcların ödənilməsinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, evin təmirinə köməklik, yolların asfaltlanmasına köməklik və digər müraciətlər olmuşdur. Daxil olan bütün müraciətlər şöbə tərəfindən araşdırılmış və həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Nəsimi rayon ərazisində qeydiyyatda olan 29  şəhid ailələsi və 32 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə qəbul olunmuş və onlardan 14 şəhid ailəsi və 16 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər işlə təmin olunmuşdur.RİH-nin təşkılatçılığı ilə  Dövlət Miqrasiya Xidməti tərəfindən  3 şəhid və 7 qazi ailəsi mart ayından etibarən 6 ay müddətinə  hər ay 300 AZN miqdarda olmaqla ərzaqlə təmin olunur, Rayonda fəaliyyət göstərən “KARAT” Holdinq tərəfindən 19 şəhid ailəsinə 5 il müddətində hər ay 200 AZN müavinətin veriməsinə  başlanılıb.  5  şəhid ailəsinin və 1 Vətən müharibəsi əlilinin yaşadığı binada, həyətətində və ətraf ərazidə geniş miqyaslı abadlıq – quruculuq işləri aparılmışdır. 6 şəhidin yaşadığı mənzildə əsaslı təmir işləri aparılıb. Müharibə bitidiyi gündən etibarən Əlamətdar günlərdə şəhid ailələri və müharibədə yaralanmış şəxslərə ərzaq bağlaması və 100 AZN maddi yardım təqdim olunmuşdur ( Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Ramazan bayramı,Qurban bayramı,Anım Günü, Zəfər Günü).28 dəfə müxtəlif təşkilatlar tərəfindən ərzaq bağlamalamalarının təqdim olunması təşkil olunmuşdur. Şəhdilərin dəfn, yas və il mərasimlərinin bütün xərcləri RİH tərəfindən qarşılanmışdır. 3 şəhid ailəsinin və 4 Vətən müharibəsi əlilinin mənzili mebel dəstləri ilə təmin olunmuş, 2 Vətən müharibəsi iştirakçısının anasının əməliyyat olunmasının xərci qarşılanmışdır. 1 şəhid qardaşının təhsil haqqısı ödənilmişdir.Şəhid adının əbədiləşdirilməsi qanununa müvafiq olaraq “Qarabağ” ordeni ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Abdullayev İbrahim Habil oğlunun və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Babaxanov Elman Ağamirzə oğlunun adının əbədiləşməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən vəsatət qaldırılmış və Nəsimi rayonu, A.Əliyev küçəsindən C.Məmmədquluzadə küçəsinə qədər Vətən müharibəsi şəhidi Abdullayev İbrahim Habil oğlunun, D.Əliyeva küçəsindən Füzuli küçəsinə qədər Vətən müharibəsi şəhidi Babaxanov Elman Ağamirzə oğlunun adı verilmişdir. 16 şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə yaşadığı binanın fasad hissəsinə, Təhsil aldığı məktəbə xatirə barelyefi vurulub, rayon ərazisində “Zəfər Bağı” salınıb və Şəhid Memorial Komplesi tikilib. Kompleksdə 23 Vətən müharibəsi şəhidinin xatirə barelyefi yerləşdirilib, şəhid xatirə bulağı tikilib, şəhidlər barədə məlumatı özündə əks etdirən elektron lövhə quraşdırılıb.RIH-nin təşəbbüsü ilə 23 şəhid ailəsinin və Vətən müharibəsi əlillərinin  müsahibəsinin yer aldığı Zəfər Gününə həsr olunmuş “Zəfər Yolu” adlı sənədli film çəkilmişdir.  Namiq Məlikov və Ceyhun Səlimov küçələrinin kəsişdiyi  ünvanda yerləşən parkda yenidənqurma işləri aparıldıqdan sonra bu ərazidə yaşayan  3 şəhidin xatirə barelyefi vurulmaqla xatirə barelyef kompleksi yaradılıb, C.Məmmədquluzadə  118, M.Cəfərov küçəsi 10, Səbail rayonu  4 -cü döngə küçəsi ev 6A ünvanlarında və H.Əliyev və S.Vurğun küçələrinin kəsişməsindəki parkda şəhid xatirə abidələri yaradılmışdır.

Şöbə fəaliyyətə başladığı gündən etibarən şəhid ailələri və Vətən müharibəsi iştitakçıları ilə mütəmadi olaraq görüşlər keçirilir və onları narahat edən problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür.

O cümlədən, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan və avqustun 23-dən etibarən ilkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunur.

Vahid əlaqələndirmə mərkəzləri şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etməyə xidmət edir.

     Fərmanla yerli icra hakimiyyəti orqanları tərəfindən Mərkəzlərdə aşağıdakı xidmətlər göstərilir:

  1. Yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu;
  2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
  3. Ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi;
  4. Şəhid adının əbədiləşdirilməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu.

VƏM-lərdə orqanların əlaqələndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin sədrliyi ilə həmin orqanların rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyası yaradılmışdır. Nəsimi rayonu üzrə Komissiya üzvü RİH başçısının müavini Xəlilov Zahid Əziz oğlu  təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir.

Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini vermişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq fəaliyyət göstərən Nəsimi rayon Operativ qərargahı tərəfindən  ərazidə  sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülmüşdür.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub.

Nəsimi rayonu ərazisində də, koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə hesabat dövründə mühüm tədbirlər davam etdirilmişdir.  Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə  karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda,  ticarət obyektlərində  və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər keçirilmişdir. Həmçinin rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülmüşdür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilmişdir.

Monitorinqlər zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilib.

Həmçinin rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.

Hesabat ilində Nəsimi   Rayon   İcra   Hakimiyyəti   Başçısının  Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.

Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən il 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihəsi çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti  boyunca   genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri  başa çatdırımış,  Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılmış,  binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.

Görülmüş  işlər çərçivəsində 3500 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 2800 kv.m-ə yaxın   səki daşları yenilənmiş, 2400 p/m  yeni bardür quraşdırılmışdır.Əraziyə  2500 kv.m-dən artıq asfalt vurulmuş, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmiş, yeni salınmış yaşıllıqların mühafizəsi üçün dəmir barmaqlıqlar quraşdırılmış, 800-dən  artıq  müxtəlif növ  həmişəyaşıl ağac və kollar əkilmişdir.  Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə  söhbətgahlar qoyulmuşdur. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınmış, mövcud yaşıllıqlar bərpa edilmişdir. Tbilisi prospekti boyunca  istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılmışdır.

A.Salamzadə və M.Cəfərov küçələri ilə Tbilisi prospektinin kəsişməsində piyadaların sərbəst və təhlükəsiz hərəkətləri üçün yeni səkilər yaradılmış, Moskva prospektindən 48, 52 və 84 saylı evlərin məhəllələrinə dönən məhəllə daxili yollarda bərpa işləri aparılaraq 2000 kv.m-dən artıq asfalt örtüyü vurulmuşdur.

Moskva prospekti 74 və 82 ünvanlarında məişət tullantıllarının müvəqqəti toplanması üçün inşa edilən müasir tələblərə uyğun zibil meydançalarında   yekun tamamlanma işləri aparılmışdır.

Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda (“Şamaxinka”deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.

Cavadxan küçəsində mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 280 ədəd ağac əkilib və 6000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

Görülmüş  işlər çərçivəsində 2200 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 1500 kv.m-yə yaxın   səki daşları yenilənmiş, 900 p/m  yeni bardür quraşdırılmış, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmişdir. Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə   söhbətgahlar qoyulmuşdur. Ümumi görülmüş abadlıq işlərindən sonra ərazidə ağacəkmə aksiyası keçirilmişdir. RİH Başçısı ağacəkmə aksiyasında iştirak etmişdir. Aksiya  zamanı Moskva prospekti boyunca həmişəyaşıl ağaclar əkilmiş,yaşıllıqlara qulluq edilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri iştirak etmişlər. A.Salamzadə və M.Cəfərov küçələri ilə Tbilisi prospektinin kəsişməsində piyadaların sərbəst və təhlükəsiz hərəkətləri üçün yeni səkilər yaradılmış, Tbilisi prospekti boyunca mövcud yaşıllıqlarda bərpa işləri aparılmışdır. Moskva prospektindən 48, 52 və 84 saylı evlərin məhəllələrinə dönən məhəllə daxili yollarda bərpa işləri aparılaraq 1500 kv.m-dən artıq asfalt örtüyü vurulmuşdur. Moskva prospekti 74 və 82 ünvanlarında məişət tullantıllarının müvəqqəti toplanması üçün müasir tələblərə uyğun zibil meydançalarının inşası davam etdirilmişdir.

Görülmüş işlər çərçivəsində 2021-ci ilin ötən dövrü ərzində rayonunayrı ayrı ünvanlarında 50-dək yaşayış binalarının, o cümlədən A.Məhərrəmov küçəsi 21,23,33, 20 Yanvar küçəsi 2/51,22,37,39, H.Seyidzadə küçəsi 1,2A,3,4A,5,27A,32, M.Cəlal küçəsi 10,24,58,60,62, H.B.Əliyev küçəsi 4,14,16,38, dam örtükləri əsaslı təmir edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun müxtəlif ərazilərində, məktəblərin həyətlərində, mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  aksiyası  keçirilmişdir. Tədbir zamanı rayonun  4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  10000-dən artıq gül kolu əkilmişdir.

Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır. Həmin tədbirlərin davamı olaraq 16 mart  2021-ci il tarixdə rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ  1000-dən artıq həmişəyaşıl ağaclar əkilmiş, mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi RİHB-nın 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin inzibati ərazisində də  bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri görülmüşdür. 

Nəsimi RİHB-nın 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin inzibati ərazisində fəaliyyət göstərən orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin girişlərində, inzibati binalarda, ümumi istifadə olunan yerlərdə və liftlərdə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici  işlərinə başlanılmış,   bu işlərin virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur. `        

Yeni növ koronovirus(COVİD_19)infeksiyasinin ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqadərelan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə "Regional İnkişaf"ictiami Birliyi (RİİB)və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti birgə sosial aksiya keçirib.

Aksiya çərçivəsində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları və 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin əməkdaşları tərəfindən ərazimizdə yaşayan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanıb,eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumat verilib.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində  müqəddəs Qurban  bayramı ərəfəsində növbəti sosial aksiya həyata keçirilib. 

Aksiyalar çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları və 1 nömrəli SİƏD əməkdaşları tərəfindən  rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin əhatə dairəsində yaşayan 521-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb.

Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və yaralı hərbiçilərə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid Ailələrinə, yaralılara və iştirakçılarına Dünya Azərbaycalıların Həmrəyliyi günü münasibəti ilə RİH tərəfindən maddi yardım və ərzaq bağlamaları, 1000-dən çox aztəminatlı ailəyə isə ərzaq bağlamaları təqdimolunmuşdur.Maddi yardım və ərzaq bağlaması təqdim olunan ailələrə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Nümayəndəlik  rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərin təşkilində yaxından iştirak etmiş, RİH-in tədbirlər planına uyğun olaraq yerlərdə monitorinqlərin keçirilməsi ilə əlaqədar işçi qrupunun fəaliyyətini təmin etmiş, pandemiya ilə əlaqədar əhali müntəzəm olaraq maarifləndirilmiş və vaksinasiya edilməsi üçün tədbirlər həyata keçirmişdir. Ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda vətəndaşların vaksinasiya edilməsi işində tibb müəssisələrinin əməkdaşlarına yaxından kömək edilmişdir. Əhali arasında maarifləndirmə işinin nəticəsi olaraq 20 saylı poliklinikada 93 124 nəfər “Sinovac”, o cümlədən 300 nəfər poliklinikanın əməkdaşları, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası və 12 saylı uşaq poliklinikasında 33 348 nəfər “Sinovac”,  286 nəfər əməkdaşı, 1-ci, 2-ci və 3-cü doza üzrə peyvənd olunmuşdur.

Göründüyü kimi, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası , 12 saylı uşaq poliklinikası və 20 saylı poliklinika tərəfindən vətəndaşlara 126 472 “Sinovac” vurulmuşdur. Eyni zamanda idarə və təşkilatlarda olan əməkdaşla 13 765 (“Sinovac”) peyvənd vurulmuşdur.

Nümayəndəlik həm də xidməti ərazisində olan idarə, müəssisə və təşkilatların karantin rejiminə uyğun işləmələri istiqamətində də müəyyən təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Nəzərinizə çatdırırıq ki, 2021-ci idə 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinə 53 ərizə, 265 məktub daxil olmuşdur. Müraciətlərə əsasən göstərilən ünvanlara baxış keçirilmiş, lazımi tədbirlər həyata keçirilmişdir. Həmin müraciətlərin bir qisminə müvafiq izahat və cavablar verilmişdir.

2021-ci ildə 1 nömrəli Sahə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı  şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 66926 manat maliyyə vəsaiti ayrılmışdır. Həmin maliyyə vəsaitindən 66773 manat vəsait xərclənmişdir: o cümlədən 40400 manat ştatda olan  işçilərin  əmək haqqları, 10420 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər (məzuniyyət haqqı, müavinət), 10740 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 5213 manat isə digər xərclər (icbari sığorta, dəftərxana, inventar, bank xərcləri, avadanlıq və s.) üçün sərf olunmuşdur.

 

Ötən 2021-ci ildə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi  hesabat ili ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişdir. 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyi 85506 nəfərə yaxın əhalinin yaşadığı 4,27 kv.km. ərazini əhatə edir.

Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən  13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin əlaqələndirilməsinə çalışmışdır.

Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə ardıcıl şəkildə məlumat verilmişdir.

Nümayəndəlik  rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərin təşkilində yaxından iştirak etmiş, RİH-in tədbirlər planına uyğun olaraq yerlərdə monitorinqlərin keçirilməsi ilə əlaqədar işçi qrupunun fəaliyyətini təmin etmiş, pandemiya ilə əlaqədar əhali müntəzəm olaraq maarifləndirilmiş və vaksinasiya edilməsi üçün tədbirlər həyata keçirmişdir. Ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda vətəndaşların vaksinasiya edilməsi işində tibb müəssisələrinin əməkdaşlarına yaxından kömək edilmişdir. Əhali arasında maarifləndirmə işinin nəticəsi olaraq KTM (Semaşko)-da 58 548 nəfər “Sinovac”, 7 364 nəfər Pfizer, 5 saylı poliklinikada 67321 nəfər “Sinovac”, o cümlədən 192 nəfər poliklinikanın əməkdaşları, Şəhər Təcili Yardım stansiyasının 2550 nəfər əməkdaşı, Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Elmi Təcrübə və Tədris Birliyinin 196 nəfər əməkdaşı, Avrasiya Klinikasının 361 nəfər əməkdaşı, Azərbaycan Tibb Universitetinin Stomatologiya Klinikasının 105 nəfər əməkdaşı, Mənzil Kommunal Təsərrüfat Birliyinin 980 nəfər əməkdaşı, Tədris Cərrahiyyənin 661 nəfər əməkdaşı, Tədris Terapevtik Korpusunun 257 nəfər əməkdaşı, Medikal Plazanın 325 nəfər əməkdaşı, Hərbi Hospitada 15 811 nəfər və Hematologiya İnstitutunun 587 nəfər əməkdaşı peyvənd olunmuşdur.

Göründüyü kimi, KTM və 5 saylı poliklinika tərəfindən vətəndaşlara 133 233 “Sinovac” və 7 364 “Pfizer” peyvəndi vurulmuşdur. Eyni zamanda yuxarıda sadaladığımız təşkilatlarda olan əməkdaşlara 23 765 (“Sinovac”) peyvənd vurulmuşdur.

Nümayəndəlik həm də xidməti ərazisində olan idarə, müəssisə və təşkilatların karantin rejiminə uyğun işləmələri istiqamətində də müəyyən təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, nümayəndəlik şəhid ailələri və qazilərin gündəlik qayğı və problemləri ilə əlaqədar həmişə onların yanında olmağa çalışmış, qaldırılmış məsələlər barədə rayon rəhbərliyini mütəmadi olaraq məlumatlandırmışdır.

2021-ci ilin dekabr ayından etibarən nümayəndəlikdəki təsərrüfat kitablarında olan       təsərrüfatlara baxış keçirilməsinə başlanılmışdır. Qış mövsümü ilə əlaqədar inzibati ərazidə ayrı-ayrı ünvanlarda 5650 kv.m dam örtüyü,  325 p/m su xətti,  57 p/m kanalizasiya xətti, 435 p/m istilik xətti, 47 p/m suaxıdıcı boru,  337 p/m navalça,  37 ədəd giriş qapısı, 76 ədəd girişdə pəncərə, 53 kv.m keçid meydançası təmir edilmiş, 765 kv.m ümumi istifadə yerləri şüşələnmişdir. 9235 p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. 150 ədəd pastik zibil konteynerləri dəyişdirilmişdir.

 Sakinləri narahat edən küçələrdə avtomobil yolları təmir edilmiş, səkilərə tamet daşı döşənmişdir.

Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xəttində 8 Noyabr metrostansiyasının tikintisi  və  Akademik Həsən Əliyev küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin yerində yeni binanın tikintisi başa çatmışdır.       

 Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına  əsasən nümayəndəliyin ərazisində 20 şirkət tərəfindən  çoxmənzilli binaların tikintisi  işi davam etdirilir. Bunlar “Maşınqayıran”, “Regal”, “Gözəl Bakı”, “Teymuroğlu”, “Pilot Həyat”, "Draft Constuction”, “Gold Construction” ,“Archico” , “Rifah Plaza” ,“Fədək” ,“Pearl Construction”, “Avrasiya Construction LTD”,  ”Azəri Tikinti MMC”, “Grand Plaza”, ”RÜR”, “Lider FN”, “Servis”, “Olimpus”, “Bakı Rifah”, “Pilot-16” MMC şirkətləridir. Hesabat dövründə Nümayəndəlik pilot layihələrin icrası ilə bağlı RİH tərəfindən verilən tapşırıqlara uyğun məqsədyönlü işlər aparmış, sakinlər arasında mütamadi olaraq maarifləndirmə tədirləri həyata keçirmişdir.

Təəssüflə qeyd edirik ki,bəzi sakinlərin qeyri-real şərtlər irəli sürməklə müqavilə bağlamaqdan imtina etməsi köçürülmüş çoxsaylı  sakinlərin hüquqlarının pozulmasına səbəb olur və layihələrin vaxtında icra olunmasına ciddi əngəl yaradır.

Hesabat dövrü ərzində nümayəndəlik istər rayon İcra Hakimiyyəti tərəfindən , istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına, qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdır. Rayon İcra Hakimiyyətindən nümayəndəliyə 419 məktub, ərizə və şikayət daxil olmuşdur. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, müvafiq tədbirlər görülmüş və onlara vaxtında cavab verilmişdir. Nümayəndəlikdə il ərzində 300 nəfər vətəndaşla telefon əlaqəsi yaradılmış, onların əksəriyyətinin qaldırdıqları məsələ müsbət həll edilmişdir.

Nümayəndəliyin xidmət etdiyi ərazidə 4 orta ümumi təhsil məktəbi - 35, 42, 151 və 164 saylı məktəblər , 1 xüsusi məktəb- 268 saylı məktəb fəaliyyət göstərir.Bu məktəblərdə 4002 şagirdin təlim-tərbiyəsi ilə 344 müəllim məşğul olur. Ötən il bu məktəbləri 209 şagird bitirmiş,bunlardan 130 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. 3 nəfər 600-dən çox bal toplamışdır.

Nümayəndəliyin ərazisində 13 dövlət - körpələr evi - uşaq bağçası, 6 özəl-məktəbəqədər tədris müəssisələri, 13-ü dövlət və 4-ü özəl olmaqla 17 səhiyyə müəssisəsi fəaliyyət göstərir.

2021-ci ildə də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi verilən tapşırıqların, qarşıda qoyulan məsələlərin vaxtında, operativ həllində əzmlə çalışmışdır.

Ərazinin sanitar vəziyyəti, Mənzil Kommunal İstismarı sahələri tərəfindən  küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim tərəfimizdən nəzarətdə saxlanılmışdır.

Pandemiyanın qarşısının alınması üçün  nümayəndəlik Nəsimi rayon Polis İdarəsinin, Nəsimi rayon Gənclər İdarəsinin, Nəsimi rayon MKTB və Mənzil Kommunal İstismar Sahələrinin və digər qurumların əməkdaşları ilə birgə binaların həyətlərində, küçə və parklarda, əhalinin sıx toplaşdığı yerlərdə  təbliğat işləri aparmış, sakinlərə şəxsi gigiyena qaydalarına əməl olunması və digər zəruri tədbirlərin görülməsi izah olunmuşdur. O cümlədən,  Nəsimi rayon MKTB və Mənzil İstismar Sahələrinin əməkdaşları inzibati ərazidə  mütəmadi dezinfeksiya işləri aparmışdır.

Nəsimi rayonunda əhalinin vaksinləşmə prosesinə cəlb olunması üçün nümayəndəliyin əməkdaşları bütün lazımi tədbirlərdə yaxında iştirak etmiş, yaşlı ahıl insanların peyvənd məntəqələrinə rahat getməsi üçün şərait yaratmışdır.

İnzibati ərazidə yerləşən “28 Mall” Ticarət Mərkəzində təşkil olunan peyvəndlənmə məntəqəsində insanların rahat gediş-gəlişi, sıxlığın yaranmaması üçün tərəfimizdən müvafiq tədbirlər görülmüş, mütəmadi vaksinləşmə prosesi izlənilmişdir. Eyni zamanda yaradılan mobil qruplar əhali arasında maarifləndirmə işləri apararaq onlara ən yaxın peyvəndlənmə məntəqəsinə getməsi izah olunmuşdur.

Nümayəndəlik tərəfindən 2021-ci ildə ev təsərrüfatlarının uçotu kitablarının dəqiqləşdirilməsi, yoxlanılması işləri aparılmışdır.

Üzeyir Hacıbəyov küçəsinə MKİS tərəfindən gül kolları əkilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli , 86 N-li qərarına əsasən Nəsimi rayonunda, o cümlədən inzibati ərazidə başlamış pilot layihələr “Pilot  İnşaat-A” MMC, “Bisütun” MTK,  “Malibo” MMC, “Yeni Ailə” MMC, “Məkan” MMC, “Tac Residence” MMC tərəfindən işlər davam etdirilir.

Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə RİH tərəfindən ayrılan bayram sovqatları nümayəndəliyin əməkdaşları tərəfindən evlərdə ziyarət olunaraq verilmişdir.

İnzibati ərazidə yerləşən idarə, müəssisə və təşkilat, şirkətlər, kommersiya bankları ilə əlaqə saxlanılaraq işçi heyətlərinin yerlərdə səyyar vaksinasiya prosesinə cəlb olunması nəzərlərinə çatdırılmaqla bərabər tərəfimizdən həkim briqadaları cəlb edilərək peyvəndlənmə prosesinin sürətləndirilməsinə köməklik göstərilmişdir.

Xalqımızın müqəddəs bayramlarından olan Ramazan bayramı münasibətilə aztəminatlı ailələr, şəhid ailələri və qazilər RİH tərəfindən ayrılan bayram sovqatları nümayəndəliyin əməkdaşları tərəfindən evlərdə ziyarət olunaraq verilmişdir.

Şəhid ailələri və qazilərin Müzəffər ordumuzun erməni işğalçılarından ələ keçirdiyi hərbi texnika və sursatların canlı şəkildə görə bilmələri üçün Hərbi Qənimətlər parkına RİH tərəfindən ziyarət təşkil olunmuş, keçirilən tədbirdə nümayəndəliyin əməkdaşları yaxından iştirak etmişdir.

Hər il olduğu kimi RİH tərəfindən Qurban bayramı münasibəti ilə aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə ayrılan bayram sovqatlarını  nümayəndəliyin əməkdaşları tərəfindən evlərdə ziyarət olunaraq verilmişdir.

2021-ci il ərzində pandemiyanın davam etməsinə baxmayaraq vətəndaşların müraciətləri daim nəzarətdə saxlanılmışdır.

2021-ci il ərzində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə dövlət qurumlarından  42, vətəndaşlardan isə 106 ərizə daxil olmuş və araşdırılaraq cavablandırılmışdır.

2021-ci il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvarın 15-də Məişət zorakılığının qarşısının alınması ilə bağlı iclas keçirilmişdir.

Fevralın 02-də Nəsimi rayonunda Gənclər günü ilə əlaqədar video-görüş keçirilmişdir. Video-görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, rayonun  idarə, təşkilat və müəssisələrində çalşan gənclər, ali məktəb tələbələri, Nəsim Könüllüləri və Vətən müharibəsi iştirakçıları, yaralıları iştirak etmişlər.

Fevralın 26-da Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.

Martın 06-da 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən online bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan  qadınların  iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  açaraq iştirakçıları  bayram münasibəti ilə təbrik etmişdir.

Aprelin 06-da Mədəni irs, turizm və şəhərlərdə planlaşdırma mövzusunda Avroasiya Ümumdünya mədəni irsinə sahib şəhərlərin 10-cu beynəlxalq konfransı keçirilib.

Aprelin 24-də Nəsimi rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı olub

Aprelin 26-da XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın 35-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda  tədbir keçirilib.

Aprelin 27-də Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin  Rayon İcra Hakimiyyəti Başçısı ilə görüşü keçirilib. Görüşdə rayon ərazisinə birlikdə baxış keçirilmiş, rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır.

Mayın 01-də “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri:mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Mayın 07-də Qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibətilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonda yaşayan bir qrup Vətən Müharibəsi Şəhidlərinin ailə üzvləri və Vətən Müharibəsi əlilləri ilə görüş keçirilib.

Mayın 08-də II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü  Nəsimi rayonunda qeyd olunub. Qələbə günü ilə bağlı rayondakı “1941-1945” abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Vətən Müharibəsi iştirakçıları və veteranların iştirakı ilə tədbir keçirilib.

Mayın 10-da Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri  Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Ulu Öndərin məzarı önünə tər gül dəstələri qoyuldu.

Mayın 10-da Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoformatda müşavirə keçirilib.

Mayın 26-da Nəsimi rayon Ağsaqqallar şurasının Hesabat-Seçki konfransı keçirilib.

Mayın 27-də Bələdiyyələrdə “Gənclərlə iş və idman” komissiyalarının işinin gücləndirilməsi yolları müzakirə edilib.

İyunun 01-də Nəsimi rayonunda qanvermə aksiyası keçirilib.

 

İyunun 02-si Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib.

İyunun 08-i Nəsimi rayon Ağsaqqallar Şurasının İdarə heyətinin iclası olub.

İyunun 15-i Nəsimi rayonunda “Son zəng” tədbirləri keçirilib.

İyunun 15-i Nəsimi rayon Ağsaqqalları, şəhid ailələri “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət etdilər.

İyunun 17-si Nəsimi rayonunda Səhiyyə İşçiləri Günü münasibəti ilə video-müşavirə keçirilib.

İyunun 21-i YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib

İyunun 23-ü Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilib.

İyunun 24-ü Nəsimi rayonunda “26 iyun - Narkotik vasitəlıərin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə "Beynəlxalq Mübarizə Günü" ərəfəsində video-konfrans keçirilib.

İyunun 25-i Nəsimi rayon İcra Hakimiyyətində “Nəsimi rayon Şəhidləri” sənədli filminin təqdimatı olub.

İyunun 26-sı Nəsimi rayonunda Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Müdafiə Gününə həsr olunan şou-debat keçirilib.

İyunun 26-sı Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, qazilərə və iştirakçılara orden və medalların təqdimetmə mərasimi keçirilib.

İyulun 02-si Nəsimi rayonunda “Qarabağ” ordeni ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib.

İyulun 3-ü İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə qanvermə aksiyası keçirilib.

İyulun 8-i rayon gənclərinin həqiqi hərbi xidmətə yolasalınması münasibətilə təntənəli tədbir keçirilib.

İyulun 17-si İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar,iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban  bayramı ərəfəsində  növbəti sosial aksiya həyata keçirilib. 

İyulun 22-si Milli Mətbuatın 146  illiyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.

Avqustun 12-də Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Rayon Bələdiyyəsi sədrinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, Rayon Gənclər və İdman İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Xidmət nümayəndəliyinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhali arasında vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə növbəti müşavirə keçirilib.

Avqustun 16-da vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı növbəti müşavirə keçirilib.

Avqustun 18-də rayon İcra Hakimiyyəti rəhbərliyinin və məsul əməkdaşlarının, bələdiyyənin,  hüquq mühafizə orqanları və dini icma rəhbərlərinin iştirakı ilə rayondakı mövcud dini vəziyyətə həsr olunmuş müşavirə keçirilib.

Sentyabrın 10-da xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2020/2021-ci tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.

Sentyabrın 10-da Nəsimi rayonunda insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsinə həsr olunmuş tədbir keçirilib.

Sentyabrın 17-də gender zorakılığının qarşısının alınması ilə əlaqədar məlumatlandırma və maarifləndirmə mövzusunda növbəti tədbir keçirilib.

Sentyabrın 17-də rayonu İcra Hakmiyyəti yanında İctimai Şuranın şəhid ailələri və veteranları ilə görüşü keçirilib.

Sentyabrın 27-də 27 sentyabr Anım Günü münasibətilə, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu rayonun Cavadxan küçəsi boyunca Şəhidlərin əziz xatirəsinə 500 ağac əkilmişdir.

Sentyabrın 27-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirildi.

Sentyabrın 27-də 27 sentyabr Anım Günü münasibətilə, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir keçirilib.

Oktyabrın 02-də Ahıllar günü münasibətilə “Əsgərlərimizə ağsaqqal nəsihəti” mövzusunda tədbir keçirilib.

Oktyabrın 02-də Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində  tədbir keçirilib.

Oktyabrın 06-da Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbiri keçirilib.

Oktyabrın 07-də İcra Hakimiyyətinin təşkilatçılığı ilə  tələbələrlə qazi və şəhid ailələrinin görüşü keçirilib.

Oktyabrın 20-də Nəsimi rayon İcra Hakimiyyəti və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzin birgə tşəkilatçılığı ilə “Zəfər bizimdir” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, dərnək üzvləri və  Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Oktyabrın 26-da 3-cü doza (“booster” doza) vaksinin vurulması prosesinin sürətləndirilməsi ilə bağlı müşavirə keçirilib.

Oktyabrın 26-da 8 noyabr – Zəfər Gününə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında “Şahmat” turniri keçirilib.

Oktyabrın 27-də 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Oktyabrın 29-da 247 saylı tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin və  247 saylı tam orta məktəbin təşkilatçılığı ilə 8 noyabr- Zəfər Gününə həsr edilmiş “Şanlı Vətən” adlı tədbir keçirilmişdir.

Noyabrın 04-də rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə  tələbələrlə qazi və şəhid ailələrinin görüşü keçirilib.

Noyabrın 04-də “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Noyabrın 05-də Zəfər bağının və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışı olub.

Noyabrın 06-da 8 noyabr - Zəfər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Noyabrın 06-da  Nizami Kino Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər naminə” sənədli filmin təqdimatı olub.

Noyabrın 06-da  8 noyabr- Zəfər günü ilə əlaqədar rayon İcra Hakimiyyətində rayon məktəblilərinin və 2 nömrəli Uşaq İnkişaf  Mərkəzinin şagirlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Noyabrın 18-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatınin təşkilatçılığı və Nəsimi rayon İcra hakimiyyətinin dəstəyi ilə 18 Noyabr –Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsinə dair onlayn tədbir keçirilib.

Noyabrın 26-da Məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib.

Dekabrın 03-də 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə rayonda yaşayan müxtəlif dərəcəli əllilərlə Nəsimi rayon İcra Hakimiyyətində görüş keçirilmiş, ərzaq bağlamaları təqdim edilmişdir.

Dekabrın 03-də Beynəlxalq Əlillər günü münasibətilə silsilə tədbirlər çərçicəsində  Nəsimi Rayon İcra Hakimiyyəti  təşkilatçılığı ilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən  268 nömrəli xüsusi məktəbin  uşaqları ilə görüş tədbiri keçirilib.

Dekabrın 10-da Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin və ADU-nun birgə təşkilatçılığı ilə keçirilib.

Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyəti tərəfindən birgə Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin “Azərbaycan son 18 ildə” fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

Dekabrın 28-də Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Keçirilmiş silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyətində rayon məktəblilərinin  şagirlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Dekabrın 29-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Nəsimi rayonunda yaşayan, Vətən müharibəsi Şəhid ailələrinə və əlillərinə maddi yardım, ərzaq bağlamalrı, müharibə iştirakçılarına və digər aztəminatlı ailələrə ümumilikdə 500-dən yuxarı ailəyə  rayon İcra Hakimiyyəti tərəfindən  ərzaq bağlamaları təqdim olunmuşdur.

Dekabrın 29-da rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi  günü münasibəti ilə rayon ərazisində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 1 nömrəli Körpələr Evində və 268 saylı Xüsusi məktəbdə olub, orada yaşayan körpələrə və əlil şagirdlərə bayram hədiyyələr təqdim ediblər.

Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin göstəriş və tapşırıqlarının icrasına yönəlmişdir.

Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə tədbirlər həyata keçirilmişdir.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə İdarə tərəfindən tədbirlər, eyni zamanda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə  tədbirlər keçirilmişdir.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, aprel, iyul, оktyabr  aylarında  həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar.

Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Nəsimi RPİ-nin şəxsi heyəti tərəfindən dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən etibarlı qorunması , cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, bütövlükdə asayişin təmini üzrə qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilmiş, rayonun inzibati ərazisində əməliyyat şəraiti nəzarətdə saxlanılmışdır.

Nəsimi RPI - nin əməkdaşları Azərbaycan Respublikasının Konstitusiyasını , Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarını, DİN-in, Bakı şəhər BPİ-nin ve Nesimi RPİ-nin rəhbərliyinin əmr və göstərişlərini rəhbər tutaraq xidməti ərazidə ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyət göstərmiş və müəyyən nəticələr əldə etmişlər.

2021 - ci il ərzində 1079 cinayət hadisəsi qeydə alınmış, 1012 cinayətin açılması təmin edilərək baxılması üçün məhkəməyə göndərilmiş, 69 cinayət bağlı qalmış, açılma 93.6% təşkil etmişdir. Hesabat dövründə ötən il ilə müqayisədə cinayətlərin açılması 3.4% yaxşılaşmışdır. Cinayətlərin növləri üzrə təhlil etsək, qəsdən adam öldürmə, adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa yüngül zərər vurma, epidemiya və karantin rejimini pozma, mənimsəmə ve israf etmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, ölümlə nəticələnən YNH-si, insan alveri və fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama cinayətlərinin açılması 100% təmin edilmişdir.

Polis sahə rəisləri və inspektorları tərəfindən tərtib edilmiş 70.096 inzibati prokoldan 67.605 protokol Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə olmuşdur ki, tətbiq edilmiş cərimədən 1.061.450 manatdan yuxarı ödənilməsi təmin edilmişdir .

Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.

Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparmışdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.

Rayon İcra Hakimiyyətinin “Narkomalığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə”  və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyaları 2021-ci ildə məqsədyönlü tədbirlər həyata keçirmişlər.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı üzrə  müraciətlər edilmişdir.

Rayon Fövqəladə Hallar Komissiyası il ərzində fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. 

2021-ci il ərzində Nəsimi rayonu xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.

2021-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə  çatdırılması  işləri davam etdirilmişdir.

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində müvafiq  tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

2021-ci il üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq edilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzarətdə saxlanmışdır. Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, rayon İcra Hakimiyyətinin  hesabatlarının İnternet səhifəsində açıqlanması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. 2021-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının mütəmadi olaraq iştirakı təmin edilir. Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurasının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və nümayəndələri təşkil olunan tədbirlərdə yaxından iştirak etmişlər. 2021-ci il ərzində, xüsusilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı karantin dövründə Nəsimi rayonunda yaşayan şəhid ailələrinə,  Qarabağ uğrunda gedən müharibə əlillərinə,  II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə  dəstək aksiyalarında qeyri-hökumət təşkilatlarının nümyəndələrinin iştirakı təmin edilmişdir.

Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya, qərargah və işçi qruplarında, Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunaraq kollegial qərarların qəbulu prosedurlarında iştirakları təmin edilir. Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura fəaliyyətini davam etdirmişdir.

Rayon İcra Hakimiyyəti  Başçısı Aparatı üzrə 2021-ci ildə əmək haqqına  426000 manat maliyyə vəsaiti ayrılmış 415265 manat xərclənmiş, Məcburi dövlət siğortasına 116039 manat ayrılmış, 111587 manat xarclənmiş,Dəftərxana xərcinə 5000 manat ayrılmış 4900 manat xərclənmiş, yanacaq və sürtgü yağlarına 16380 manat ayrılmış 16379 manat xərclənmiş, elektrik xərclərinə 13000 manat ayrılmış 12856 manat xərclənmiş, Qaz təchizatına  4200 manat ayrılmış 4200 manat xərclənmiş, telefon xərclərinə 3731 manat ayrılmış 3731 manat xərclənmiş, poçt xidmətlərinə 350 manat ayrılmış 350 manat xərclənmiş, internet haqqı üçün 4820 manat ayrılmış 4527 manat xərclənmiş, hərbi qulluqçuların kirayə haqqları üçün 223425 manat ayrılmış 215832 manat xərclənmiş, Mühafizə haqqı üçün 66424 manat ayrılmış 66422 manat xərclənmişdir.

Hesabat dövrü ərzində dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.  Antikorrupsiya məsələləri üzrə əməkdaşlarla fərdi söhbətlər aparılmış, treninq, müşavirə keçirilmiş və hazırda da bu işlər davam etdirilir. Ötən dövrdə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi  ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin mərkəzləşmiş qayadada müvafiq proqram təmunatı çərçivəsində RİH tərəfindən həyata keçirilməsi  nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə işlər aparılır.

Vətəndaşların müraciətlərinin elektron qaydada qəbul edilməsi işinin təkmilləşdirilməsi müvafiq qaydada  həyata keçiriləcəkdir.

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim olunmuşdur.

Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalrına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyinin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Dövlət qulluqçularının peşəkarlığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2020/2021-ci tədris ilində rayon İcra Hakimiyyətinin iki əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsində qiyabi bölməsinə qəbul olunmuş və hazırda Akademiyada RİH-nin 4 əməkdaşı təhsil alır. Etik davranış məsələləri üzrə illik hesabat hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim edilmişdir.

«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşlara  yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2021-ci il ərzində Nəsimi Rayon İcra Hakimiyyətinə vətəndaşların 3081 ərizə və müraciəti daxil olmuşdur. 2020 cı ildə müraciətlərin sayı 2851 ərizə təşkil etmişdir.

Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 61,0 %-ni təşkil etmişdir. 

Аzərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanmaqdadır. Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkiшafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünnə xələl gətirən, qəzalı vəziyyətdə və  mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yeni müasir yaşayış binalarının tikilməsi istiqamətində aparılan quruculuq işləri çərçivəsində sakinlərin müvəqqəti köçürülməsi, ərazinin köhnə tikililərdən təmizlənməsi və tikinti işlərinin aparılması davam etdirilmişdir. 26 ünvanla bağlı köçürmə-söküntü və tikinti işlərinə başlanmışdır. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə tələblər irəli sürərək müraciətlər etmişlər. Bu məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qaunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmasına və onlara müvafiq izahatlar verilməsinə baxmayaraq çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, hesabat yığıncaqlarında tənqidi qeydlərin icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, irəli gələn vəzifələrin həlli istiqamətində zəruri tədbirlər görülməsi təmin edilmişdir.

Qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Rayon İcra Hakimiyyəti  Başçısı Aparatı üzrə 2020-ci ildə əmək haqqına  392616 manat maliyyə vəsaiti ayrılmış 376264 manat xərclənmiş, Məcburi dövlət siğortasına 108488 manat ayrılmış, 104990 manat xarclənmiş,Dəftərxana xərcinə 8500 manat ayrılmış 8340 manat xərclənmiş, yanacaq və sürtgü yağlarına 18000 manat ayrılmış 10700 manat xərclənmiş, elektrik xərclərinə 13000 manat ayrılmış 12997 manat xərclənmiş, Qaz təchizatına  4200 manat ayrılmış 2587 manat xərclənmiş, telefon xərclərinə 3731 manat ayrılmış 3731 manat xərclənmiş, poçt xidmətlərinə 350 manat ayrılmış 350 manat xərclənmiş, internet haqqı üçün 4820 manat ayrılmış 4820 manat xərclənmiş, hərbi qulluqçuların kirayə haqqları üçün 161334 manat ayrılmış 145495 manat xərclənmiş, Mühafizə haqqı üçün 66422 manat ayrılmış 66422 manat xərclənmişdir.

 

 

Keçidlər